"Atabəylər" serialının üç seriyası yazılıb. Həmin serialın nümayəndələri də burda əyləşib. Nə qədər ki, idarəçilik və kinonu idarə edən sistem bu ssenariləri görmək istəmir və yaxud onlarla işləmir, bu kimi layihələrin taleyi naməlum qalacaq.
Kult.az xəbər verir ki, bunu serialın ssenari qrupunun rəhbəri, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda deyib.
"Vətənpərvərlik bizim qanımızdadır və burda iştirak edənlərin hamısı bu barədə düşünür və yeri gələndə vətənpərvərlik nümayiş etdirir. Heç bir sənətkara sifariş vermək mümkün deyil. Sadəcə baş vermiş hadisə elə ideoloji kontektdə baş verməlidir ki, onlar özləri vətənpərvərlikdən, şanlı qələbəmizdən yazsınlar", - Orxan Fikrətoğlu bildirib.
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa