Azyaşlının söyüş videosunu yayan şəxs həbs olunub.
Bu barədə BUTA.TV-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.
Onun sözlərinə görə, Ağcabədi rayonunda azyaşlı uşağı nalayiq söyüşlər söyməyə təhrik edərək həmin görüntülərin sosial şəbəkə hesabında paylaşılması ilə bağlı daxil olan məlumatlar rayon polis şöbəsində araşdırılıb. Araşdırmalarla görüntüləri sosial şəbəkə hesabında paylaşan rayonun Hüsülü kənd sakini Samir Ələsgərov müəyyən edilib. O, şöbəyə dəvət olunub, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
S.Ələsgərov məhkəmənin qərarına əsasən, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa