"Barselona"nın əfsanəvi kapitanı vəfat etdi

23:02 - 20 Aprel 2023 - GÜNDƏM

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Jozel Mariya Fuste vəfat edib.

BUTA.TV klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 82 yaşında dünyasını dəyişib.

Kataloniya təmsilçisinin əfsanəvi kapitanı 1958 - 1972-ci illərdə bu komandanın şərəfini qoruyub. Bu müddətdə 406 oyun keçirən futbolçu 117 qol vurub. Fuste "Barselona"da keçirdiyi 14 il ərzində İspaniya Kuboku, Yarmarkalar Kuboku və UEFA Kubokunu qazanıb.

O, həmçinin, İspaniya yığması ilə 1964-cü il Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, Jozel Mariya Fuste "Barselona" ilə yanaşı, "Kondal", "Osasuna" və "Herkules" komandalarının da formasını geyinib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol