Avropa Birliyi (AB) Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano deyib.
"AB Rusiyanın Ukraynaya qarşı təcavüzü, BMT Nizamnaməsini pozması və hərbi cinayətlərə bərabər olan vəhşiliklər törətməsi ilə əlaqədar olaraq ona qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib. AB bütün ölkələri bu sanksiyalara qoşulmağa, milli səviyyədə analoji tədbirlər görməyə, yaxud ən azından bu sanksiyalardan yayınmağa yol verməməyə çağırıb. AB-nin öncəki sanksiya paketi həmçinin sanksiyalardan yayınmağa imkan verən fiziki və ya hüquqi şəxslərə qarşı sanksiya tətbiq etmək imkanını nəzərdə tutur", - o deyib.
P. Stanonun sözlərinə görə, AB sanksiya tətbiq olunmuş malların AB-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir:
"Ermənistan kontekstində biz həqiqətən müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq", - o deyib.
Qeyd edək ki, "Nyu York Tayms" tərəfindən aparılan tədqiqata görə, Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərən ölkələr sırasına daxildir.
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa