Erməni terror təşkilatı olan VOMA (Voxj Mnalu Arvest – Sağ qalmaq sənəti) Azərbaycana qarşı müharibə çağırışı edib.
BUTA.TV xəbər verir ki, sosial şəbəkə platformalarında edilən çağırışda terrorçular əhalini kütləvi şəkildə silahlanmağa səsləyib.
“Biz nə qədər ki, hansısa kağız parçalarına ümid edəcəyik, düşmənin belə fəaliyyətləri davam edəcək. İndi isə yeni trend var: “ABŞ “arsax”ı tanıyacaq və bütün problemlərimiz həll ediləcək”.
Əgər siz sabah türklərin (Osmanlı, Xəzəryanı) İrəvanın ətrafında peyda olmasını istəmirsinizsə, cəfəngiyatla məşğul olmayın, özünüzdən başlayın. Silahlanın və hazırlaşın!
Düşməni Ermənistan ordusu və siz qarşılayacaqsınız: milislər, ezam olunmuşlar, könüllülər, ruslar, amerikalılar, avropalılar, marslılar yox!” – çağırışda bildirilib.
Qeyd edək ki, VOMA uzun müddətdir Ermənistanda, o cümlədən Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərir. Bu terror qruplaşması səngərlər qazır, mülki şəxslərə silahla davranmağı öyrədir və Azərbaycana qarşı nifrət yayır.
VOMA-nın qurucusu və rəhbəri Vova Vardanovdur.
- Bakıdakı məşhur universitet bağlanır?
- AzTV-nin sabiq əməkdaşına vəzifə verildi
- Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi
- “Neftçi”dən ard-arda qollar - Canlı-Yenilənir
- "Bibiheybət" imamının diplomu tanınmadı
- Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək
- Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşdı
- Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto