Çeçenistan rəhbəri Ramzan Kadırov Zazu ləqəbli atının Çexiyadan qaytarıldığını bildirib.
BUTA.TV xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında paylaşım edib.
“Bu gün mənim dəyərli və sevimli Zazum qayıdıb. Düşünün, 9 ildir ki, mən bu gözəl atı, sevimli dostumu görmürdüm”, - deyə Kadırov bildirib.
O qeyd edib ki, Qərb siyasətçiləri Kadırovu bezdirmək üçün atın “karyerasını korlayıblar”.
Kadırov atının Ukrayna xüsusi xidmət orqanları vasitəsilə geri qaytarıldığını bildirib. Çeçen lider əlavə edib ki, ukraynalılar sadəcə Çexiya polisi ilə əlbir olaraq atı oğurlayıblar və indi o, vətəndədir.
Xatırladaq ki, təxminən fevral ayında Çexiyada Ramzan Kadırovun ingilis cinsindən olan Zazu adlı atının oğurlanması barədə məlumat yayılmışdı. Kadırov atının qiymətinin 10 milyon dollar dəyərində olduğunu açıqlamışdı.
KİV-in məlumatına görə, Zazu Çeçenistan rəhbərinin beynəlxalq sanksiyalar altında dondurulmuş əmlakının bir hissəsidir.
- “Qəzadan sonra maşını dərhal boyayıblar” - Ölən futbolçuların ailəsi narazıdır
- 100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi pulsuz!
- Gəncədə zibil poliqonunda döl tapıldı - Yenilənib
- Xırdalanda qətl: 30 yaşlı kişi küçədə öldürüldü
- Nazir qalmaqallı xanım direktoru işdən çıxardı
- Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi
- Ermənistana daha 39 vaqon buğda göndəriləcək
- Anar Nəcəfli vəzifəsindən azad edildi