Müğənni Cavanşir Məmmədov kişi və qadın münasibətləri ilə bağlı müzakirələrə səbəb olacaq açıqlamalar verib.
BUTA.TV olaraq əməkdar artistin "Elgizlə izlə" televiziya proqramında səsləndirdiyi fikirləri təqdim edirik:
"Kişinin ağlı olsa, əri ölmüş arvad tapar. Gedər onun yanına gündə bir-iki saat oturar, sonra qayıdar evinə. Nəvələrinin yanında yatar. Kişiyə baxan qadın lazımdır. Amma eləsini tapım ki, mənə baxsın.
Məndən sonra gəlib evimə, üzüyümə şərik olmasın. Övladlarımla ev, maşın davasına çıxmasın.Gedərsən həmin qadının evinə, duranda 50-100 manat da qoyarsan ki, bazarlıq et, yenə gələcəm.
Həyat yoldaşım dünyasını dəyişsə, yenidən evlənmərəm. Övladlarımın yanında ikinci dərəcəli ata olaram.
43 il anam kişisiz yaşadı. Ona təklif etdim ki, ailə qur. Düşündüm ki, qoy, anam mənə qanmaz gözü ilə baxmasın. Bilsin ki, onun haqqında düşünürəm. Qayıtdı ki, həyatıma qarışma. Bilirdim ki, anam ikinci dəfə ailə qurmaz".
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi
- Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Video
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq
- Nazirlik hərbi hissələrdə odundan imtina edir