Avropa Birliyi bu gedişlə özünü Fransanın vəziyyətinə salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən tam kənarda qalacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının son günlər Avropa Birliyinin, xüsusilə onun ali nümayəndəsi Jozep Borrellin (İspaniya) və Almaniyanın anti-Azərbaycan açıqlamalarına dair şərhində qeyd olunub.
Vurğulanıb ki, xüsusən Jozep Borrellin istifadə etdiyi ifadələr və tonu tamamilə qəbuledilməzdir:
"Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan bəyanatları xüsusunda İspaniyanın J.Borrellə, yoxsa J.Borrellin İspaniyaya təlimat verməsi məsələsi sual doğurur. Almaniya Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində alman nazirin BMT Təhlükəsizlik Şurasında ingilis dilində etdiyi çıxışdan yerləşdirilmiş hissədə “Laçın” sözünün ingilis deyil, fransız dilində yazılması isə Almaniyanın acınacaqlı durumunu, özünün mövqeyinin olmadığını, məsələyə sırf rəsmi Parisin prizmasından yanaşdığını bir daha aydın göstərir".
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Qadını mağazada döydü - Saxlanıldı+Video
- DYP dəhşətli qəzanın görüntülərini yaydı - Video
- İstanbulda nəhəng çəyirtkələr evlərə kimi gəldi - Video
- 44 günlük Müharibə qəhrəmanı 44 yaşında
- Sabunçuda açıq ərazidə yanğın başladı
- BDU-nun professoru vəfat etdi
- 2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır