Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla başa çatdıqdan sonra bütün ərazilər tam nəzarətə götürülməklə müşahidələr aparılır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, Daxili İşlər və Müdafiə nazirliklərinin əməkdaşları tərəfindən bölgədə hüquq qaydasının təmini istiqamətində kompleks tədbirlər görülür, müvafiq postlar quraşdırılmaqla xidmət təşkil edilib.
Müşahidə olunur ki, əsasən Azərbaycan Respublikasının Xankəndi şəhərində qarşı tərəf qəsdən yanğınlar törədir, müxtəlif inzibati binalarda sənədlərin, maddi sübutların, arxivlərin məhv edilməsi prosesini həyata keçirir.
Azərbaycan Respublikasının müvafiq dövlət qurumları bölgədə mövcud vəziyyətə tam nəzarət edir, erməniəsilli vətəndaşlarımıza humanitar köməkliklər göstərirlər, daxil olan müraciətlərə etinasız yanaşmırlar.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Qadını mağazada döydü - Saxlanıldı+Video
- DYP dəhşətli qəzanın görüntülərini yaydı - Video
- İstanbulda nəhəng çəyirtkələr evlərə kimi gəldi - Video
- 44 günlük Müharibə qəhrəmanı 44 yaşında
- Sabunçuda açıq ərazidə yanğın başladı
- BDU-nun professoru vəfat etdi
- 2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır