Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, səs operatoru, səs rejissoru Əsəd Əsədov vəfat edib.
Kult.az xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əsəd Fərrux oğlu Əsədov 1947-ci il martın 1-də Bakıda anadan olub. 1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib. 100-ə yaxın bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissoru olub. “Yaramaz” filminə görə dövlət mükafatı (1991), “Ailə” filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb (2003).
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Dövlət Mükafatı laureatıdır. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin!
- Argentina antirekordla tarixə düşdü - Foto
- Messi məğlubiyyətə ağladı - Fotolar
- Hikmət Hacıyev ispan pilotlarla bağlı filmi paylaşdı - Video
- İspaniya dünya çempionudur! - Video-Yenilənib
- Bakıda nərd turniri keçiriləcək
- Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
- FIFA DÇ-dən bu qədər pul qazandı
- Naxçıvanda ağır qəza - 16 yaşlı yeniyetmə öldü