Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda millinin qarşılanma mərasimi olub. Millinin üzvlərini idmançıların yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, 2 qızıl 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Daha öncə sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələr sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında millilərimiz komanda hesabında 2-ci yeri tutub.
Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Mundialda İran ikinci (102), Türkiyə isə üçüncü (93) yeri tutub.
Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) dünya çempionu olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanıb. Komanda 67 və 77 kq-da olimpiadaya lisenziya əldə edib.
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur
- Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları...
- Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi
- “Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
- Dondurmanın üzərinə qarışqa səpilir: nuş olsun – Video
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı