Çeçenistanın rəhbəri Ramzan Kadırov qızı Ayşət Kadırovanın respublikanın Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi qərarını dəstəkləyib.
BUTA.TV xəbər verir ki, keçirilən iclasda Baş nazir Müslüm Xuçiyev Ayşət Kadırovanın Çeçenistan hökuməti sədrinin sosial məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsini təklif edib.
“Müslüm Xuçiyevin təkliflərini dəstəklədim. Sözsüz, Ayşət Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verib və mühüm iş təcrübəsi toplayıb", - Kadırov bildirib.
Qeyd edək ki, daha öncə Ayşət Kadırova 22 yaşında respublikanın mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu.
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama