Saakaşvili Vardanyanın həbsindən yazdı

10:46 - 3 Oktyabr 2023 - GÜNDƏM

 Saakaşvili Vardanyanın həbsindən yazdı

Ətrafımızda xeyirlə şər arasında qarşıdurma var. Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsinə fəal dəstək verən rusiyalı milyarder Ruben Vardanyanı, eləcə də “abxaziya respublikası" və “cənubi osetiya respublikası” kimi qondarma qurumlarla əlaqələri inkişaf etdirən “xarici işlər naziri” David Babayanı həbs edib.

BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk hesabında yazıb.

“Bu gün yuxarıda adı çəkilən işğal olunmuş ərazilər (Gürcüstan – red.) öz tərəfdaşlarını itirib – axı “artsax” deyilən ərazi ləğv edilib. İndi bizim unikal imkanlarımız var və onları əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq. Bu missiya Gürcüstanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək və Avropanın bir hissəsinə çevrilməkdir”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol