Yüz minə yaxın etnik erməni Qarabağdan Ermənistana gedib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib.
“İndi biz bilmirik ki, onların neçə faizi Ermənistanda qalacaq, neçə faizi isə şərtlər imkan versə, özlərini kifayət qədər yaxşı hiss edərlərsə, qayıtmaq istəyəcək. Geri qayıdacaqları təqdirdə, onlara qarşı rəftarı nəzərə alaraq, biz şəffaflığı təmin edəcək və Qarabağ xalqını, xüsusən də ermənilərin hüquq və təhlükəsizliyinin qorunacağına əmin edəcək müstəqil beynəlxalq monitorinq missiyasının yaradılması çağırışımızı təkrar edirik. Azərbaycan belə təminat verib. Biz hesab edirik ki, onları müşahidə edəcək və zəmanət verəcək beynəlxalq monitorinq missiyası olmalıdır”, - Miller bildirib.
Qeyd edək ki, Qarabağdan gedən ermənilərin 100 min civarında olduğu iddiası Ermənistana məxsusdur və ABŞ bu rəqəmi Ermənistandan alıb. Gedənlərin dəqiq sayını isə Azərbaycan Dövlət Sərhəd Xidməti hələ açıqlamayıb.
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı