Qarabağdakı “liderlər” vaxtında niyə qaçmadılar? - Kiviryan

11:40 - 3 Oktyabr 2023 - GÜNDƏM

 Qarabağdakı “liderlər” vaxtında niyə qaçmadılar? - Kiviryan

Düşmənin səni ovlayacağını bilirsənsə, o zaman Qarabağı son vaxtlara qədər mövcud olan marşrutlarla tərk etməlisən.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Arqişti Kiviryan Qarabağdakı keçmiş separatçı-terrorçuların liderlərinin həbsi haqda qeyd edib.

O bildirib ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın təhlükəsizliyinə təsir edə biləcək məxfi sənədləri, Azərbaycanın axtarışında olan və məxfi məlumat daşıyıcısı olan şəxsləri Qarabağdan çıxarmaq lazım idi:

“Onlar müxtəlif yollarla çıxarıla bilərdilər. “Hərbi-siyasi rəhbərliyin” indi də Qarabağı tərk etmək variantları var. Əgər indi Qarabağda effektiv danışıqlar aparan şəxslər olsaydı, o zaman artıq həbsdə olanlar da daxil olmaqla, hamı Qarabağı tərk edə bilərdi”.

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

O iddia edib ki, Qarabağda sadə insanlar haqlı olaraq bu şəxsləri həqiqi liderlər kimi görmürlər:

“Bu münasibət onların uzun müddət ərzində apardıqları fəaliyyət nəticəsində formalaşıb. Onlar özlərini xilas edə bilmədilərsə, “ölkəni” necə xilas edəcəkdilər? Qarabağda qalanlar haqqında isə çoxdandır deyirəm ki, İrəvandan olan sifarişçiləri onlarla oynayıb, sonra tək qoyacaqlar”.

Kiviryan həmçinin Ermənistanın dörd keçmiş müdafiə nazirinin xaricdə olması vəziyyətini qəbuledilməz adlandırıb:

“Axı Bakı bu adamların bildiyi məlumatların müqabilində bu ölkələrə pul təklif edə bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol