Millət vəkili Fazil Mustafa Birinci Qarabağ müharibəsi zamanı ermənilərə qarşı 5 gün təkbaşına döyüşən azərbaycanlı döyüşçü Natiq Qasımovun Azərbaycanın Milli Qəhrəmanı adını alması məsələsini işıqlandırıb. O, bunu Milli Məclisdə gündəmə gətirəcəyini bildirib.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən “Qarabağ qaziləri” İctimai Birliyinin sözçüsü Rey Kərimoğlu millət vəkilini təşəbbüsünə görə alqışlayıb.
“Təşəbbüsə görə Fazil Mustafa sağolsun, gözəl addımdır. Biz bu məsələni 10 il bundan öncədən deyirdik, sosial şəbəkədə, mediada da yazırdıq. Gec də olsa, onun haqda həqiqət üzə çıxdı. Biz 1992-ci ildən N.Qasımovun qəhrəmanlığını və şəhid olduğunu bilirdik. Nə yaxşı ki, film yayıldı və bu məsələ gündəmə gəldi. Biz də “Qarabağ qaziləri” Birliyi olaraq bu məsələni dəstəkləyirik və onun Milli Qəhrəman adına layiq görülməsini xahiş edirik”, - o bildirib.
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü