Vaxtilə Xankəndidə yaşamış azərbaycanlı Qarabağdakı qondarma quruma rəhbərlik edən Araik Arutyunyanın uşaqlığından danışıb.
BUTA.TV xəbər verir ki, Həmid Bəylərov adlı şəxs Araiki və atasını uşaqlıqdan yaxşı tanıdığını deyib. Onun sözlərinə görə, Arutyunyan uşaq yaşlarından atası kimi azərbaycanca səlis danışa bilirmiş:
“Alçağı uşaqlıqdan tanıyıram, 50 yaşı var, “Avtolovka Vova”nın (Səyyar mağaza - "avtolovka") (Valodya) oğludur, atası alverçi kimi ad çıxarmışdı, Azərbaycan dilini atası kimi səlis bilirdi, atası çox vaxt onu yanında gəzdirirdi. Nədənsə, ermənilərə qaynayıb-qarışmırdılar, alveri əsasən, Azərbaycan kəndlərində edirdilər, həddən çox kök uşaq idi, bir bacısı var idi, Arayikdən böyük olmalıydı, musiqi məktəbində oxuyurdu, Arayik yaşca bizdən balaca idi, öz yaşıdları ilə oynayırdı, köklüyünü uşaqlar ələ salırdı, 1983-cü ildə mən oxumağa getdim, ondan sonra heç birini görmədim, 1987-ci ildə bu münaqişələr mitinqlər şəklində başladı, sonu müharibəyə çevirildi. Çox eqoist uşaq idi”.
- Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər, amma... - Aqabekyan
- Bu da Stalinin məşhur bunkeri - FOTO
- Şok: qəzadan sağ çıxdı, evakuatorun trosu isə öldürdü
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi