Sabah Bakıda 27, rayonlarda 29 dərəcə isti olacaq.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
- Rusiyanı məğlub etmək istəyənlər tarixə baxsınlar - Şröder
- Soyuq müharibə taktikası: Rusiya yenə bu yola əl atdı
- Soyuq şorbalar niyə təhlükəlidir? – Açıqlama
- Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın
- Millimiz Olimpiadada növbəti oyununu keçirdi
- Dünyanın ən çirkli havası olan 10 şəhəri - Siyahı
- Harrislə debat təklifinə Trampdan cavab
- Xarkova KAB raketləri ilə zərbələr endirildi