Bu, Cənubi Qafqaz üçün çox vacib şərtdir - Əliyev

14:40 - 8 Oktyabr 2023 - GÜNDƏM

 Bu, Cənubi Qafqaz üçün çox vacib şərtdir - Əliyev

Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk.

BUTA.TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.

Ənənəvi görüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha sıx dostluq etməsi məqsədinə xidmət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib:

“Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib şərtdir”.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol