Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində xüsusi dəyər kəsb edib. Həmçinin ölkəmizdə ailə dövlət tərəfindən də qorunur və himayə edilir. Buna baxmayaraq, boşanma günümüzün ən ağrılı-acılı problemlərindən biridir.
Son illər boşanmaların sayı günü-gündən artır. Bu sıraya xüsusən məşhurların liderlik etməsi də diqqətdın qaçmır. Bu gün də mətbuatda aktyor Müşviq Şahverdiyev və həyat yoldaşının boşanması xəbəri manşetləri “bəzədi”.
Bir çox halda boşanmalara səbəb kimi maddi problemlər göstərilir. Bəs maddi vəziyyəti digərlərindən qat-qat yaxşı olan məşhur simaların ailə həyatına son qoyması nə ilə bağlıdır?
Məsələ ilə bağlı Yenisabah.az-a psixoloq Aytən Ələkbərova danışıb. O, maddi problemlərin heç də boşanmaya səbəb olmadığını, bunun bəhanələrdən biri olduğunu deyib:
“Son illər boşanmaların artmasına bir çox arqument gətirilir. Bu problemə ilk səbəb insanların bir-birini tanımaması və özünü qəbul etməməsidir. Bu zaman həmin şəxs qarşısındakını da olduğu kimi qəbul etmir. Belə olan halda, cütlük aralarında ünsiyyət qura bilmir və münasibəti davam etdirməyi bacarmırlar. O ki qaldı maddi vəziyyətin ailənin dağılmasına səbəb olmasına, bununla tam razılaşmaq olmaz. Gözütox insanlar heç vaxt bunu dilə gətirmirlər. O qədər kasıb ailələrimiz var ki, həmin ailədə hətta 5-10 uşaq yetişdirilib və bu gün onlar cəmiyyətdə öz sözünü demiş övladlardır. Bu sadəcə boşanmaq üçün bir bəhanədir. Bəhanə edən şəxslər isə ailəni elə əvvəldən ailə kimi görməyiblər. Onlar gəlinlik geymək xatirinə ərə gedir, məcbur ailə qurur, yaxud valideynlərinin sözünə görə evlənir. Bu düşüncə ilə ailə qurmaq doğru deyil. Belə ailələrin bünövrəsi olmadığına görə, sonda boşanmaya gətirib çıxarır. Bəzi məqamlarda sosial, maddi problemləri əsas gətirərək, bu bəhanələrdən istifadə edən insanlar sadəcə boşanmağa təkan verirlər”.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi