Azərbaycan televiziyasının hazırkı vəziyyəti çox tənqid olunur, tez-tez telekanal rəhbərlərinə irad tutulur. Lakin bütün tənqidi fikirlərə baxmayaraq, televiziya kanalları öz yollarından dönmək, efir siyasətini dəyişmək niyyətində deyil.
Tez-tez hansısa verilişdən efirə yaraşmayan hissələr paylaşılır, sosial şəbəkədə aparıcılar, kanal rəhbərliyi tənqid olunur. Bəzənsə bunun səbəbinin qeyri-peşəkar aparıcılar olduğu iddia edilir. Məsələ ilə bağlı uzun müddətdir televiziyalardan uzaq düşən aparıcı Yusif Ağayev danışıb.
Yerli teleməkandakı vəziyyətdən danışan aparıcı sponsoru olmadığı üçün efirlərdən uzaq düşdüyünü açıqlayıb:
“Mən 25 ildir ki, 106 FM radiosunda çalışıram. Kimsə radio dinləmirsə, bu mənim günahım deyil. O ki qaldı televiziyadan uzaq düşməyimə, bu sponsorla bağlıdır. Sponsorum yoxdur, efirdə yoxam, burada qeyri-adi heç nə yoxdur. Sponsor tapanda efirə çıxacağam”.
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
Y.Ağayev peşəkarların telekanallara buraxılmadığını iddia edib:
“Mən hər zaman bu fikri demişəm, bu gün də deyirəm və altından qırmızı xətt çəkirəm: Bu gün televiziyalar peşəkar aparıcıların üzünə açıq deyil. Televiziyalar peşəkar aparıcıların üzünə yalnız sponsor tapanda açıqdır. Fərq etməz, semiçka satan da olsan, əgər sponsorun varsa, telekanala gələ bilərsən. Bu zaman qapıları üzünə açacaq, ayağının altına qırmızı xalça sərəcəklər və buyur, gəl keç yuxarı başa deyəcəklər. Bunu mən - Azərbaycanda ilk və yeganə “Tərəqqi” medalının sahibi olan bir aparıcı kimi deyirəm. Sözlərimin arxasındayam, dediklərimin altını cəzaraq və 3 nida işarəsi ilə deyirəm. Televiziyalar yalnız sponsoru olanların üzünə açıqdır. Peşəkar aparıcıların üzünə qapılar bağlıdır!!!”
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi
- Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Video
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq