HƏMAS silahlılarına qarşı müharibəni qalibiyyətlə sona çatdıracağıma söz verirəm.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, hazırda İsrail varlığı üçün müharibə aparır:
“Bu müharibəni bizə qadınların, uşaqların, qocaların qətlini tərənnüm edən heyvanlar qoyublar. HƏMAS-ın törətdiyi vəhşiliklər İŞİD-in vəhşiliklərindən sonra görünməmiş bir cinayətdir. Biz həmişə HƏMAS-ın nə olduğunu bilirdik. İndi isə bütün dünya bilir. HƏMAS İŞİD-dir. Necə ki, işıqlı dünya İŞİD-i məğlub etdi, biz də qalib gələcəyik. HƏMAS müharibə istəyirdi və onu da alacaq”.
Netanyahu bildirib ki, İsraildə hələ də xeyli sayda terrorçu var:
“Mən HƏMAS-a hücum əmri verdim, çünki əvvəllər onlara hücum etməmişdik. Və bu, hazırda baş verir. Biz HƏMAS-a qarşı yenicə müharibəyə başlamışıq. İndi Qəzzada gördükləriniz yalnız başlanğıcdır. Biz yüzlərlə terrorçunu öldürdük və dayanmayacağıq”.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?