“Ramiz Mehdiyevin dedikləri cinayət əməlinin etirafıdır” - Deputat

19:06 - 10 Oktyabr 2023 - CƏMİYYƏT

 “Ramiz Mehdiyevin dedikləri cinayət əməlinin etirafıdır” - Deputat

Xəbər verdiyimiz kimi, Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailə bankı olan “Bank BTB” satışa çıxarılıb. R. Mehdiyevin oğlu tərəfindən satışa çıxarılan bankın 15 milyon manata satılması barədə razılıq da əldə olunub. AMEA-nın keçmiş prezidenti mətbuata açıqlamasında bankın oğlu general-mayor Teymur Mehdiyevin adına olduğunu bildirib. 

Qeyd edək ki, Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavinidir. Bəs, yüksək vəzifəli generalın biznes fəaliyyəti ilə məşğul olması nə dərəcədə qanunidir?

Mövzu ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı News24.az-a açıqlamasında bildirib ki, dövlət qurumunda təmsil olunan şəxsin biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır.

“Buna görə Cinayət Məcəlləsində məsuliyyətə cəlb edilmə nəzərdə tutulub. Əgər həqiqətən rəsmi şəkildə deyilənlər doğrudursa, bunun özü (Ramiz Mehdiyevin açıqlaması – red.) birbaşa cinayət əməlinin törədilməsi ilə bağlı etirafdır”, - F. Ağamalı qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol