“O buna deyir ki, "səni yataqda tutdum", bu ona deyir ki, "mən də səni yataqda tutdum"! Nə deyəsən, bunların yeri elə yataqdır, də!
Bunu başa düşdük, bəs, yataq adamlarının televiziyada nə işləri var? Vallah-billah, biabırçılıqdır! Bunları televiziyalara niyə buraxırlar? Niyə televiziyaları "yataq yerlərinə" çevirirlər?” Bu sözləri tanınmış yazıçı-publisist Xeyrəddin Qoca deyib.
Günlərdir mətbuatda manşetə çevrilən müğənni Nüşabə Musayeva ilə xalası arasında gedən “yataq qalmaqalı”na münasibət bildirən yazıçı bunu biabırçılıq adlandırıb:
“Televiziyaların rəhbərləri, bunları görmürsünüz, eşitmirsiniz? Sizdən başqa hamı görür, eşidir, axı! Sizin əvəzinizə başqaları utanır, başqaları xəcalət çəkir! Ayıb deyil? Məqsədiniz nədir? İnsanları onlar kimi yaşamağa çağırırsınız! Baş tutmayacaq! Millət şərəfli millətdir, millət namuslu millətdir! İçərisində əlbəttə, zir-zibil də var! Millət həmin zir-zibildən can qurtarmaq istəyir! Zir-zibili süpürüb atmaq istəyir! Amma sizlər dayanmırsınız, ölkədə nə qədər iyrəncliklər var, xalqa tərəf püskürdürsünüz! Çörəyinizi belə qazanırsınız? Bu qədər nifrətin, qarğışın, söyüşün müqabilində o çörəyi necə yeyirsiniz? Ər-arvad düşüblər ortalığa, şit-şit deyib-gülürlər, əttökən hərəkətlərlə camaatın ətini tökürlər! Bütün gün belələrinə ekran verilir! Ekran sizin dədənizin, babanızındır ki?”
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
O, teleaparıcıları da tənqid atəşinə tutub:
“Ağızlarının sözünü danışa bilməyənlər gecə-gündüz ekranlardadırlar! Küçə adamları, gədə-güdələr bu televiziyadan çıxıb, o birinə gedirlər! Eyni sifətləri nə qədər görmək olar? Hörmətli tamaşaçılar bilmirlərsə, deyim: İndi abırlı adamlar nadir hallarda televiziyalara gəlirlər. Adam tapılmadığı üçün, daim "öz adamlarını" dəvət edirlər. Necə deyərlər, "qazanc özümüzə qalsın"! "Oxuyanlar", müğənnilər yox ha, "oxuyanlar" səviyyəsiz toylardan, səs-küydən ibarət yığıncaqlardan qazandıqları pulların bir hissəsini gətirib "tökürlər" televiziyalara! Tənqid edənlərə də deyirlər ki, "dövlət müstəqil televiziyalara pul ayırmır, bəs, televiziyanı necə saxlayaq! Saxlamayın, bağlayın, bizə belə televiziyalar lazım deyil! Daha yazmayan, deməyən qalmayıb, sizin vecinizə deyil! Ey televizionşiklər, eşidirik, deyirsiniz ki, "xoşun gəlmir, baxma". Şəxsən mən sizin eybəcər verilişlərinizin heç birinə baxmıram! Mətbuatdan oxuduqlarımdan, eşitdiklərindən bilirəm ki, nə gündəsiniz!!!”
X.Qocanın sözlərinə görə, telekanallarda olan şou xarakterli verilişlər uğursuzdur:
“Biz televiziyalarda işıqlı adamları görmək istəyirik ki, gözümüz sevinsin! "Şou biznes" dediyiniz verilişlərə çıxardıqlarınızın heç birinin şoudan-filandan xəbərləri yoxdur! Yalnız bir məqsədləri var, özlərini göstərsinlər, toy tutsunlar, özləri kimilərindən pul qazansınlar! Biz axı, başqa ölkələrin də şou verilişlərinə baxırıq. Hər verilişin bir məqsədi, ideyası olur. Şou verilişləri lağlağı etmək, hır-hır hırıldayıb bir-birinə söz atmaq üçün deyil, axı!
Televiziyalar evlənmək, boşanmaq yeridir? Kişi arvadından şikayət edir, arvadı ərindən! Məncə, arvadından şikayət edən, onun eyiblərini bütün ölkəyə bildirən kişi "kişi", ərini ekranlarda rüsvay edən qadın da "qadın" deyil! Bir də onların ailə məsələlərinin tamaşaçılara nə dəxli var? Aparıcılar və "ekspert" dedikləri də özlərini müstəntiq kimi, hakim kimi aparırlar! Hansı ki, onların bəzilərinin heç ailəsi də yoxdur, tamaşaçılara "ailə dərsi" verirlər! Utanıb-qızarmırlar da!
Verilişlərin çoxunun mövzusu qardaş ölkədən götürülür, şit, bayağı şəkildə Azərbaycan tamaşaçılarına təqdim olunur. Elə verilişlər var ki, musiqisini də qardaş ölkədən götürürlər.
Aparıcıların Azərbaycan dilində səlis, mənalı, məzmunlu danışa bilməmələri də biabırçılıqdır!
Yüngül xasiyyətli, ətli-canlı qadınların televiziyalarda ortalığa düşüb əzalarını tərpədə-tərpədə oynamaları lap biabırçılıqdır! Hansı birini deyək?”
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi
- Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Video
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq