Müğənni Afət Fərmanqızı və Vəfa Şərifova arasında qalmaqal davam edir.
BUTA.TV xəbər verir ki, Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən həmkarını “yıxıb-sürüyüb”: “Bizim “Dağlar oğlu” mahnımızı oğurlayıb sırtıq kimi efirlərdə oxuyan bir müğənni var. Sənin üçün oğurluq iki vur ikidir, onun-bunun ərini oğurlayırsan, uşaq da doğursan. Sən artıq sırtılmısan.
Neçə-neçə müğənnilərin mahnılarını oğurlamısan, oxuyursan. Halallıq deyilən anlayış var. Ayaz Allahverdiyev həmin mahnını nə əziyyətlə yazıb, yaradıb, ərsəyə gətirib, aranjeman etdirib, pul xərcləyib ki, sən hazıra-nazir olasan, sırtıq kimi oxuyasan?! Söz göndərirsən ki...
Oxumaq istəyirsənsə, Ayaz Allahverdiyevlə birgə oxu, deyir mən duet oxumuram. Sən kimsən ki?! Sənin heç sənətin yoxdur! Ömür boyu xaric oxumusan. İndi də çıxıb efirdə “Dağlar oğlu” oxuyursan. Sən öyrəşmisən, kişi oğurlamaqdan sonra mahnı oğurlamaq sənin üçün asandır. Sənə bir ad verdim: Oğru, at oğrusu...”
Qeyd edək ki, müğənni Vəfa Şərifova sözügedən mahnını bir neçə gün öncə ATV telekanalında yayımlanan “El Canlı” verilişində qonaq olduğu zaman ifa etmişdi.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar