Tanınmış aktrisa Pərvin Abıyeva sevgilisindən ayrılıb.
BUTA.TV xəbər verir ki, bu barədə o, “Günə son” ictimai-sosial verilişinə müsahibəsində danışıb: “33 yaşım tamam oldu. Artıq həyatımda az insanın olmasını istəyirəm. Sevgilim var idi, amma ayrıldım. Belə lazım idi. Çünki daha yaxşısı olacaq. Daha gözəl həyat məni gözləyir. Mən sevgi ilə gözəlləşirəm, qidalanıram və yaşayıram. Tək sevgi yox, eyni zamanda qayğı və diqqətlə də...
Mənim ətrafımdan ən böyük istəyim, hər zaman məni sadəcə təmiz və saf sevin. O sevginin təmiz olduğunu görsəm nəinki, pulumu, varımı, hətta canımı, ürəyimi çıxararam verərəm o insana. Çünki mən sevgiyə ac insanam”.
Aktrisa yeni yaşında ərə getmək istədiyini bildirib:
“Bu il özümə ağ gəlinlik geyinməyi arzulayıram. Necə ola bilər ki, mən qazanım, amma o çulsuz, heçnəsiz bir insan olsun. Qürurlu insan bunu özünə sığışdırmaz. Mənim önümdə ailəsini saxlayan bir insan olmalıdır. Mən onu yox, o məni saxlamalıdır”.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar