Zahid Oruc elə “4-cü respublika” deyir. Amma bu, ziyanlı tendensiyadır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O qeyd edib ki, 12 oktyabrda da bu məsələ vurğulandı:
“Amma bir nəfər çıxıb izah etməlidir ki, bu nə respublikadır? Bu 4-cü respublikanı kim harada qurdu? Onu görən olubmu? Ona görə də bu məsələyə aydınlıq gətirilsin.
Deputat yoldaşım Zahid Oruc bu məsələyə gəlib bir aydınlıq gətirsin. Çünki gedib başqaları bundan bir tarix düzəldəcəklər. İndi tarix birdir. Amma durub burada 4-cü respublikadan danışılır. Mən heç 4-cü respublikanın olmasını istəmirəm”.
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video