Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyllərinin artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır.
BUTA.TV xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.
"Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırıma məruz qoymuşdur", - dövlət başçısı qeyd edib.
- Qafarova ilə təkbətək söhbətim oldu, məncə… - Simonyan
- İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?
- Heydər Əliyevin Şanxay haqqında çıxışı - Video
- Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev
- Azərbaycan “orta güc”ə çevrilir - Ekspert
- Xanazax istiqamətində atəş açılması... - MN
- İranın qarşısında nəhəng ABŞ var: razılaşmasa… - Ekspert
- Astanada Szinpinlə bunu bəyan etdik - İlham Əliyev