Bakı metrosunda qatarların hərəkəti ləngiyir

19:18 - 20 Oktyabr 2023 - GÜNDƏM

 Bakı metrosunda qatarların hərəkəti ləngiyir

Bakı metrosunda qatarların hərəkəti ləngiyir.

BUTA.TV xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Report-a bildirib ki, “Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarın qapısına sərnişin müdaxiləsi olub.

"Bu zaman maşinistin idarəetmə lövhəsində dərhal müvafiq siqnal işə düşüb. Bu səbəbdən maşinist qatara baxış keçirib, sonra bütün məsələlər qaydasında olub və o, yoluna davam edib. Sonradan təkrar eyni hal yaranıb və qatar xəttin ortasında olduğundan onun xətdən çıxarılması zərurəti yaranıb. Qatar elektrik deposuna göndərilib, onun əvəzinə dərhal xəttə başqa qatar verilib. Nəticədə qatarın hərəkətində intervaldan əlavə 4 dəqiqə gecikmə yaranıb", - B. Məmmədov deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol