Belçikanın ədliyyə naziri Vinsent Van Kukenborn oktyabrın 16-da Brüsseldə iki nəfərin ölümü və bir nəfərin yaralanması ilə nəticələnən terror aktına görə istefa verib.
BUTA.TV xəbər verir ki, bu barədə VRT televiziyası məlumat yayıb.
“Bu, şəxsi, böyük və bağışlanmaz səhvdir. Siyasi məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm", - nazir bildirib.
Qeyd edək ki, istefaya səbəb 2019-cu ildən Belçikada qeyri-qanuni yaşayan 45 yaşlı tunisli Abdessalem Lassoudun Brüsseldə iki isveçli futbol azarkeşini öldürməsi işi üzrə aparılan istintaqın ilk nəticələri olub. Terror aktını törədən Abdessalem Lassoud kəşfiyyat orqanlarında radikal fikirlərinə görə tanınıbmış. İstintaq zamanı məlum olub ki, 2022-ci il avqustun 15-də Tunis hakimiyyəti cinayət ittihamı ilə əlaqədar onun ekstradisiyasını tələb edib, lakin 14 ay ərzində bu müraciət Belçika Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilməyib.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...