Depressiyada olanlar bu yağı qəbul etməlidir

02:16 - 21 Oktyabr 2023 - SAĞLAMLIQ

 Depressiyada olanlar bu yağı qəbul etməlidir

Omeqa-3 yağ turşuları baş beynin hüceyrələrini iltihabdan qoruyur.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bu nəticəyə London Kral Kollecinin alimləri gəliblər. Yarıdoymuş yağ turşuları ilə yağlı dəniz balıqları zəngindir, o orqanizmdə iltihabı azaldır, depressiyada kömək edir. Əvvəlki tədqiqatlar göstərib ki, böyük depressiv pozuntusu olan insanlarda orqanizmdə iltihab səviyyəsi daha yüksək olur.

Balıq yağının təsirini araşdırmaq üçün alimləri eksperimentlər aparıblar, əvvəlcə laboratoriya siçanları üzərində, sonra depressiyalı pasiyentlərdə.

Laborator analizlər göstərib ki, Omeqa 3 turşularında olan bəzi birləşmələr beynin hipokamp hissəsinin hüceyrələrini qoruyur. Məhz hipokamp depressiyanın inkişafında rol oynayır. Klinik təcrübədə depressiya diaqnozu olan 22 pasiyent iştirak edib. 12 ay ərzində onlara yüksək doza Omeqa 3 turşusu və ya DHA turşusu verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Alilmlər bildirir ki, yüksək dozanı təkcə balıq yeməklə əldə etmək olmur.

Tədqiqatdan əvvəl və sonra onların qanında metobolit konsentrasiyası ölçülüb.Gedişatda onların depressiya səviyyəsi şkala ilə ölçülüb.

Nəticələr göstərib ki, bu yağ turşularının qəbulu qanda iltihab əleyhinə metobolitləri artırıb, nəticədə pasiyentlərin psixi durumu 64% yaxşılaşıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol