“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub.
BUTA.TV xəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu Feyr Pley mükafatı - “Joao Barotra” diplomuna layiq görülüb.
Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə ötən gün keçirilən təntənəli mərasimində Feyr Pley mükafatı Q.Qurbanova təqdim olunub.
Xatırladaq ki, Q.Qurbanovun bu mükafata təqdimatını Azərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.
Qeyd edək ki, “Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən, dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər - amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi