ABŞ İsraildən Hizbullaha hücumları genişləndirməməyi istəyib.
BUTA.TV xəbər verir ki, bu barədə "Nyu York Tayms"ın yaydığı məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, Vaşinqton İsrailin Livanda Hizbullah qruplaşmasına qarşı hücumlarının genişlənməsinin onun HƏMAS-a qarşı hazırda davam edən müharibəyə qoşulması üçün bəhanə olacağından ehtiyat edir.
"İsrail iki cəbhədə müharibə apararsa, həm ABŞ, həm də Hizbullah yaraqlılarını dəstəkləyən İran münaqişəyə cəlb oluna bilər", - məqalədə bildirilib.
NYT-nin yazdığına görə, Hizbullaha qarşı qabaqlayıcı zərbənin əsas tərəfdarlarından biri bu qrupun HƏMAS-dan daha böyük təhlükə yaratdığına inanan və İsrailin hərbi səylərinin xüsusi olaraq Livandakı düşmənə yönəldilməsini müdafiə edən müdafiə naziri Yoav Qallant olub. Lakin Baş nazir Benyamin Netanyahu bu fikri dəstəkləməyib.
Qeyd edək ki, daha öncə də "Tayms of İsrail" nəşri ABŞ-ın İsraili Hizbullaha qarşı hərbi kampaniya başlatmamağa çağırdığı barədə məqalə dərc edib.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı