Azərbaycanın Ampute Futbol Komandası əsasən mina partlayışı qurbanlarından ibarətdir və ümid edirəm ki, onlar tezliklə Dünya Amputeiya Futbol Çempionatında iştirak edəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında bildirib.
“Azərbaycan Ermənistanın 30 ildir davam edən işğalı nəticəsində minalarla dünyanın ən çox çirklənmiş ölkələri sırasındadır. Ümid edirəm ki, güclü futbolla və sportforpeace konsepsiyası çərçivəsində Azərbaycanın Ampute Futbol Komandası "ölüm toxumları" - minaların təhlükələri haqqında qlobal məlumatlılığın artırılmasına töhfə verəcək!”, - H.Hacıyev qeyd edib.
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto