Rusiyanın Qafanda baş konsulluğunun açılması ilə bağlı razılaşma Ermənistanla münasibətlərin vəziyyətinə baxmayaraq, qüvvədə qalır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov deyib.
“Rusiyanın Qafanda baş konsulluğunun açılması planında heç bir dəyişiklik baş verməyib. Konsulluğun açılması ilə əlaqədar Ermənistan tərəfinin razılığı qüvvədə qalır. Qurumun fəaliyyətə başlaması üçün konkret tarix barədə sizə mütləq məlumat verəcəyik”, - Klimov bildirib.
Rusiyadan əvvəl İran Zəngəzurda (Qafan) konsulluq açıb. Bölgədə konsulluq açmağa hazırlaşan ölkələrdən biri də Fransadır. Avropa Birliyinin müşahid missiyası isə Zəngəzurda operativ qərargah açıb.
Kənar ölkələrin bölgədəki fəallığı yerli sakinlərin narazılığına səbəb olub. Sakinlər nə baş verdiyini aydınlaşdırmaq üçün Ermənistan hökumətinə müraciət ünvanlayıblar. Ermənistan mediası və ekspertləri ölkələrin Qafanda konsulluq açma yarışına gələcəkdə Zəngəzurdan keçəcək dəhlizə nəzarət uğrunda mübarizə kimi baxır.
- İsrail-İran gərginliyində Bakıya qarşı feyk-kampaniya
- FHN cənub sərhədlərində radiasiya ilə bağlı məlumat yaydı
- Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib?
- Rusiya tarixinin inanılmaz cinayət işi: azərbaycanlı da var
- Radiasiyanın yoxlanılması üçün mütəxəssislər Astarada - Video
- Ermənilərin Bakı limanına eniş etməsi ilə bağlı rəsmi açıqlama
- İranın vurulmasına ərəb ölkələrinin reaksiyası
- İsrail Fordo nüvə obyektinə zərbələr endirir - Təcili