Qənirə Paşayevanın son rəqsi: sanki vidalaşır – VİDEO

23:24 - 22 Oktyabr 2023 - GÜNDƏM

 Qənirə Paşayevanın son rəqsi: sanki vidalaşır – VİDEO

Mərhum millət vəkili Qənirə Paşayevanın son rəqsinin görüntüləri paylaşılıb.

BUTA.TV xəbər verir ki, görüntüləri sabiq millət vəkili, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı sosial şəbəkə hesabında bu sözlərlə yayıb: “Qənirə Paşayeva ilə son görüşümüz! Sanki vidalaşır hamımızla - özü də bilmədən, biz də fərqində olmadan... Sənin üçün bu qədər üzüləcəyimi, səni çox özləyəcəyimi heç düşünməmişdim, gözəl qız...”

Qeyd edək ki, video 17 sentyabrda “Yeni Musavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun övladının toy mərasimində çəkilib. 23 sentyabrda komaya düşən Q.Paşayeva 28 sentyabrda vəfat edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol