“ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım”.
Bunu Baku TV-nin “Qapqara” verilişində Xalq artisti Miri Yusif deyib. O, ABŞ-də keçirdiyi vaxtları həyatının ən çətin dövrü adlandırıb: “Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim”.
Xalq artisti hər dəfə səhnəyə çıxanda skamyada gecələdiyi həmin anların gözlərinin önündə canlandığını deyib:
“Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, əksinə, qazandım”.
Daha ətraflı videomüsahibədə:
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar