Məşhur özbək opera müğənnisi, “Registan” ansamblının rəhbəri Xursand Şerov Daşkənddən Bakıya yenidən velosipedlə gəlib.
Kult.az xəbər verir ki, ümumilikdə beş min kilometrdən çox məsafə qət edən əfsanəvi ifaçı bu yürüşünü SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr edib.
Qeyd edək ki, bu, Şerovun Özbəkistan və Azərbaycanın bayraqları ilə vətəni Daşkənddən Qazaxıstan, Qırğızıstan və Rusiyadan keçməklə Müslüm Maqomayevin şərəfinə təşkil etdiyi dördüncü veloyürüşdür.
O, Bakıya gələrkən ənənəvi olaraq müxtəlif şəhərlərdə yaradıcılığının vurğunu olduğu Müslüm Maqomayevin repertuarı ilə konsertlər verib.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar