“Qadının emosianal tələbatını pul ilə eyniləşdirmək həqarətdir” – Məşhur vəkildən etiraz

09:17 - 27 Oktyabr 2023 - CƏMİYYƏT

 “Qadının emosianal tələbatını pul ilə eyniləşdirmək həqarətdir” – Məşhur vəkildən etiraz

“Qadın hüquqları! Təəssüf hissi ilə bildirim ki, “qadın hüquqları” sözünü müasir zamanımızda o qədər mənasız, bayağı məqamlarla müqayisə və eyniləşdirmə edirlər ki, nəticədə bu nəcib söz birləşməsi öz həqiqi mənasından çıxmış vəziyyətdə təqdim edilir”. 

BUTA.TV” xəbər verir ki, bunu vəkil Sima Yaqubova sosial şəbəkə hesabında yazıb.

O, qeyd edib ki, nəticədə bu bayağı eyniləşdirmələr nəcib hüquq anlayışı olan bu söz birləşməsi qadını və hədəflərini daha da əlverişli vəziyyətə gətirmək üçün deyil, cəmiyyətdə daha da əlverişsiz vəziyyətə düşməsinə gətirib çıxaran ən öncül səbəblərdən birinə çevrilir:

“İnsan hüquqları var! Qadının cinsiyyəti səbəbindən ayrı-seçkiliyə məruz qalmayaraq bütün insan hüquqlarından istifadə etmək hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəs cinsindən asılı olmayaraq bərabər hüquqlara malikdir. 

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Azərbaycan dövləti onun yurisdiksiyasında olan qadınlara reproduktiv təbiətindən irəli gələrək bəzi sahələrdə xüsusi qayğı tanıyıb. Məsələn, hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısını müəyyən edib. Misal, əgər qadın hamilədirsə və ya 1 yaşına çatmayan uşağı varsa belə qadınlar metal emalında, mədən işlərində, quyuların qazılmasında, tikinti-quraşdırma işlərində, qara və əlvan metallurgiyada, kimyəvi məhsulların istehsalatında və.s işlərdə (həmin işlərin konkret siyahısı Nazirlər Kabinetinin 2023-cü il 31 may tarixli 172 nömrəli qərarı ilə təsdiq edilib) işlədilə bilməz. 

Bunu qadına onun reproduktiv funksiyasından irəli gələrək dövlətin tətbiq etdiyi xüsusi bir qoruma mexanizmi də adlandıra bilərik. Dövlətin ana və uşağı qoruma tədbirlərindən biridir. 

Və yaxud da, başqa bir misal, Azərbaycan dövləti BMT Baş Assambleyası tərəfindən 1979-cu ildə qəbul olunmuş, 03.09.1981-ci ildə qüvvəyə minmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nı 1995-ci ildə ratifikasiya etmişdir. Yəni, qanunvericilik səviyyəsində və dövlət siyasəti olaraq qadını insan hüquqlarından məhrum edən və ya bu hüququnu məhdudlaşdıran qanunlar qəbul edilə bilməz. Qanunlar qadın və kişini hüquq olaraq ayırmır, birinə digərinə münasibətdə üstünlük və ya ayrıcalıq tanımır. Bu məğzimizin hüquqla bağlı olan ən minimum hissəsi.

“Qadın hüququ”- bu söz birləşməsini şəxsən bir hüquqçu kimi istifadə etmək mənə hər zaman diskomfort yaradır. Çünki bu ifadə qadın hüququnu sanki, insan hüququndan ayırırmış kimi bir təəssürat yaradır səsləndiyi zaman. Qadın və onun gücü nəcibliyin, ədalətin və mərhəmətin, sevginin digər adıdır, təcəssümüdür. Qadının emosianal tələbatını isə hər hansı məbləğdə hər hansı valyuta ilə eyniləşdirmək isə qadına həqarətdir, insan hüquqlarına həqarətdir!”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol