Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası və forması təsdiqlənib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı (bundan sonra - sertifikat) veriləcək.
İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” qanuna əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər.
Sertifikatlaşdırılma prosedurları Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir.
Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” qanunun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət olunmalıdır.
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü