İsrailin Qəzzada quru əməliyyatı keçirməsi ehtimalı getdikcə azalır.
BUTA.TV xəbər verir ki, bu barədə “Deyli Teleqraf” yazıb.
“Qəzzanın davamlı atəşə tutulmasına, İsrail Baş naziri Benyamin Netanyahunun hərbi ritorikasına və İsrail zirehli texnikalarının və piyadalarının anklava gecə basqınlarına baxmayaraq qurudan hücuma keçməsi ehtimalı, bununla bərabər regional müharibənin başlamasının mümkünlüyü də azalır”, - deyə məqalədə bildirilir.
Qeyd edək ki, bundan öncə “Nyu York Tayms” İsrail Baş naziri Benyamin Netanyahunun Qəzza zolağına quru əməliyyatı ilə bağlı planı imzalamaqdan imtina etdiyini yazmışdı.
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü