Oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailova başsağlığı məktubu göndərib.
BUTA.TV xəbər verir ki, Ə.Əsədov Karaqandada şaxtada baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin təəssüf hissi ilə qarşıladığını bildirib.
Məktubda Qazaxıstanın baş nazirinə, habelə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətində "ArselorMittalTemirtau" Səhmdar Cəmiyyətinə məxsus şaxtada partlayış olub.
Rəsmi məlumatlara görə, ölən şaxtaçıların sayı 28 nəfərə çatıb.
- “44”ün ilk treyleri yayımlandı - Video
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib