Kürdəmirdə ağır qəza: ölənlər var

23:06 - 28 Oktyabr 2023 - GÜNDƏM

 Kürdəmirdə ağır qəza: ölənlər var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometirliyində rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı minik maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn VAZ-2106 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 2-si isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Kartdan-karta köçürmələrə limit qoyuldu

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol