Ötən ay 48 yaşında vəfat edən deputat Qənirə Paşayevanın sosial media hesabının istifadə edilməsi maraqla qarşılanıb. Səhifədə mərhum deputatın xatirəsi ilə bağlı paylaşımlar edilir. Sonuncu dəfə feysbuk səhifəsində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik paylaşılıb.
Mərhum deputatın səhifəsini kimin və nə məqsədlə işlətdiyi maraq doğurur. Modern.az məsələyə aydınlıq gətirmək üçün Qənirə Paşayevanın köməkçisi ilə əlaqə saxlayıb.
Mərhum deputatın köməkçisi İlahə İsgəndərova saytımıza açıqlama verib. "Qənirə xanımın səhifəsini bacısı Kəmalə xanımla mən idarə edirik", - o deyib.
İ.İsgəndərova paylaşımların daimi olacağını və Qənirə xanımın xatirəsi anılan paylaşımlara üstünlük veriləcəyini vurğulayıb.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva sentyabrın 28-də dünyasını dəyişib. Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək
- Qabil Məmmədovla bağlı qərar verildi
- Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov