"Neftçi" - "Zenit" matçının başlama tarixi bəlli oldu

23:56 - 2 Noyabr 2023 - GÜNDƏM

"Neftçi”nin Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubuna qarşı keçirəcəyi yoldaşlıq oyununun başlama tarixi müəyyənləşib.

Paytaxt təmsilçisindən BUTA.TV-a verilən məlumata görə, noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da start götürəcək.

Matçın biletləri tezliklə satışa çıxarılacaq.

Qeyd edək ki, “Neftçi” yayda Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə uduzmuşdu.

Bu xəbər hal-hazırda çox oxunur
İsrail prezidenti İlham Əliyevə zəng etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol