Belə çıxır ki, hətta beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət Rusiya tərəfindən antirusiya jesti kimi dəyərləndirilir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, hətta heç kimlə salamlaşmamalıdır. Bunlar, deyəsən “düzgün federal ideyalar”dır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Ermənistan həmişə onkoloji cəhətdən “müttəfiqdən asılı olmalıdır”, Ermənistan həmişə qorxmalıdır. Qorxmalıdır ki, müttəfiq yoxdursa, öldürüləcək. Bu qorxu, bu qılınc həmişə erməninin başının üstündən asılmalıdır ki, müttəfiq olun.
Maraqlıdır, məsələn, Ermənistanla aktiv müharibə vəziyyətində olan Azərbaycana milyardlarla dollar dəyərində silah satılması və Ermənistanla bağlanmış müqavilələr üzrə öhdəliklərin açıq-aşkar yerinə yetirilməməsi, eyni məntiq deyil?”, - Simonyan bildirib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın görüşünü nümayişkaranə antirusiya addımı adlandırmışdı.
- Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım
- Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar
- Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb
- Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...