Ermənistanda mədəni və dini irs obyektlərinin mühafizəsi istiqamətində həyata keçirilən konkret tədbirlər haqqında məlumatın olmaması narahatlıq doğurur.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabatının yekun rəyində deyilib.
Qeyd edək ki, sənəd nəsli kəsilməkdə olan mədəni irslə bağlı xüsusi narahatlığı ifadə edir.
Komitə dini və mədəni kimliyin qorunub saxlanması üçün bu sahədə fəaliyyət göstərən qurumların lazımi maddi təminatın olmadığını da vurğulayıb.
Sənəddə Ermənistana mədəni irs abidələrinin mühafizəsini gücləndirmək üçün lazımi tədbirlər görmək tövsiyə olunur.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT Komitəsinin sənədini şərh edərkən qeyd edib ki, bütün bunlar Ermənistanda Azərbaycanın mədəni irsinin hazırkı vəziyyətini qiymətləndirmək üçün müstəqil faktiki missiyanın göndərilməsini zəruri edir.
“Bu, Ermənistanda Azərbaycanın mədəni irsinin hazırkı vəziyyətini qiymətləndirmək üçün müstəqil faktiki missiyanın göndərilməsini həmişəkindən daha çox tələb edir”, - Elnur Məmmədov X sosial şəbəkəsində qeyd edib.
Nazir müavini xatırladıb ki, tarixən Ermənistanda azərbaycanlıların mədəni irsini silmək üçün hücumlar həyata keçirilib.
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...