Azərbaycanda müharibə iştirakçılarına verilən müavinətlərin hesablanması üçün mexanizm hazırlanması təklif edilir.
BUTA.TV xəbər verir ki, bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Vüqar Bayramov çıxış edib. O bildirib ki, müharibə iştirakçılarına verilən 80 manat müavinət kommunal xidmətlərin xərcinin ödənilməsi üçündür:
“Təklif edərdim ki, xüsusi bir mexanizm hazırlansın və həmin məbləğ kommunal xidmətlərin xərcinə uyğunlaşdırılsın. Çünki 80 manat müəyyənləşdiriləndə kommunal xidmətlərin xərcləri başqa idi. İndi isə fərqlidir. Yəni, hazırda kommunal xidmətlərin xərcində artımlar var. Amma bir mexanizm hazırlansa, kommunal xidmətlərin xərci artdıqca ona uyğun olaraq da pensiya pulu arta bilər. Bu, pensiya pulu ilə onu formalaşdıran xərc strukturu arasında bir əlaqə yaradar”.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın