Bu günə qədər ən böyük uğurumuz... - Ərdoğan

22:34 - 4 Noyabr 2023 - GÜNDƏM

 Bu günə qədər ən böyük uğurumuz... - Ərdoğan

Türkiyə problemlərin həllində açar ölkəyə çevirilib.

BUTA.TV "TurkicWorld"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Qlobal gündəmi zəbt edən böhranların demək olar ki, hamısı ölkəmizin yerləşdiyi regionda baş verir. Biz Rusiya ilə Ukrayna arasındakı müharibədən tutmuş Suriyadakı qeyri-sabitliyə və Qəzzada humanitar faciəyə qədər bütün böhranların ilk həmsöhbətlərindənik. Bu günə qədər ən böyük uğurumuz ölkəmizi qaynar münaqişələrə tərəf çevirməməyimiz, qeyri-sabitlik alovunun ölkəmizə keçməsinə imkan verməməyimiz olub. Əksinə, həyata keçirdiyimiz balanslı, prinsipial və soyuqqanlı siyasətlə Türkiyəni böhranların həllində açar ölkəyə çevirdik", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, bütün böhranlarda həmişə ədaləti, sülhü, insan hüquq və azadlıqlarını müdafiə etmişik:

"Biz əlimizdə olan bütün imkanları səfərbər edirik ki, harda axan qan varsa, dayandırılsın. Biz məzlumları dəstəkləyərkən heç vaxt onların əqidəsinə, mənşəyinə baxmırıq, zalımın qarşısında dik durmağı özümüzə borc bilirik. Bundan sonra da eyni şərəfli mövqeyimizi davam etdirəcəyik".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol