Qəzzaya görə hamımız günahkarıq - Obama

00:00 - 6 Noyabr 2023 - GÜNDƏM

 Qəzzaya görə hamımız günahkarıq - Obama

Fələstin-İsrail münaqişəsinə hər kəs bu və ya digər dərəcədə şərikdir.

BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Barak Obama “Pod Save America” nəşrinə müsahibəsində deyib.

“HƏMAS-ın etdikləri dəhşətli idi və bunun üçün heç bir bəhanə yoxdur. İşğalın və fələstinlilərin başına gələnlərin dözülməz olduğu da doğrudur”, - deyə Obama bildirib.

O, mülki şəxslərin fələstinli yaraqlıların hücumu ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Sabiq prezident əlavə edib ki, Yaxın Şərqdəki münaqişənin həlli üçün bütün həqiqət tanınmalıdır:

“Heç kimin əli təmiz deyil, hamımız bu və ya digər şəkildə şərikik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol